Hadisə
Bakıda yaşlı kişi ağacdan yıxılaraq öldü
Bakıda 71 yaşlı kişi ağacdan yıxılaraq ölüb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1955-ci il təvəllüdlü Yamil Yəhya oğlu Məmmədov ağacdan yıxılıb. Xəstəxanaya yerləşdirilən kişi orada ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.