Hadisə

Bakıda ağır qəza -

18 yaşlı motosikletçi öldü

Metbuat.az

Bakıda "Qazel"lə motosiklet toqquşması nəticəsində bir nəfər ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

1985-ci il təvəllüdlü Qurbanov Rafiz İbrahimxəlil oğlu idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzə Arif oğlunun idarə etdiyi "Tufan" markalı motosikletlə toqquşub. Nəticədə sərnişin Məmmədov Nihat Elmar oğlu xəsarət almış, sürücü - Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.