Hadisə

Bakıda 26 yaşlı oğlan bıçaqlandı

Metbuat.az

Bakıda bıçaqlanma hadisəsi olub.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Bakıxanov qəsəbə sakini 41 yaşlı Bayramov Bayram Dursun oğlu mübahisə zamanı 26 yaşlı Mirzəliyev Zaur Adəm oğluna bıçaqla 2 dəfə zərbə vurub.

B.Bayramov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Araşdırma aparılır.