Hadisə

Azərbaycanlı gənc Gürcüstanda öldü

Metbuat.az

Gürcüstanda azərbaycanlı gənc faciəvi şəkildə ölüb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 21 yaşlı Elnur Nəbiyev Quriya rayonunun Ureki turist qəsəbəsində - Qara dənizdə boğulub.

Qeyd edək ki, mərhum Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Ağaməmmədli kəndinin sakini olub.