Hadisə

69 yaşlı qadın balta ilə qətlə yetirildi

Metbuat.az

Masallı rayonunda 69 yaşlı yaşlı qadın balta ilə öldürülüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb.

1957-ci il təvəllüdlü Elmira Əmənovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini müayinə ediblər. İlkin ehtimala əsasən, hadisə qarət məqsədi ilə törədilib.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.