Hadisə

11-ci sinif şagirdi Araz çayında batdı

Metbuat.az

İmişli rayonunda 11-ci sinif məzununun Araz çayında boğulması ilə nəticələnən hadisə baş verib.

Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Araz çayının İmişli rayonu Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb. T.Mirişov çaya düşüb və boğulub. Hazırda axtarışlar davam etdirilir.