Hadisə

Sabiq rektor vəfat etdi

Metbuat.az

Azərbaycan Texnologiya Universitetinin sabiq professoru, fizika-riyaziyyat elmləri doktoru Şəmsəddin Mütəllimov dünyasını dəyişib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, o, 1979-cu ildən Azərbaycan Texnologiya İnstitutunda (indiki Azərbaycan Texnologiya Universiteti) əmək fəaliyyətinə başlayıb,

Qeyd edək ki, Ümumi və tətbiqi riyaziyyat kafedrasının sabiq professoru Şəmsəddin Mütəllim oğlu Mütəllimov 1941-ci ildə Siyəzən şəhərində anadan olub. O, 1992-1993-cü illərdə Azərbaycan Texnologiya İnstitutunda rektor vəzifəsində işləyib.

Ş.Mütəllimov, həmçinin baş müəllim, dosent, kafedra müdiri, dekan vəzifələrində çalışıb.