Hadisə
15 yaşlı qız faciəvi şəkildə öldü -
FOTO
Göyçay sakini Bakı şəhərində yerləşən hündürmərtəbəli binadan düşərək dünyasını dəyişib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saat 18:00 radələrində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü Xəlilova Nuray Elçin qızı binanın 16-cı mərtəbəsindən yıxılıb. İlkin məlumata görə, N.Xəlilovanın ehtiyatsızlıq ucbatından yıxılaraq dünyasını dəyişdiyi qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.
Davud Tarverdiyev / Metbuat.az