Hadisə
Xəzər rayonunda silsilə talama cinayətləri edən şəxs saxlanıldı
Xəzər rayonu ərazisində silsilə talama hadisələri qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, naməlum şəxs rayon ərazisində yerləşən 5 ev və 2 sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb, nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.
Araşdırma aparılır.