Hadisə

Sumqayıtda 5 uşaq dəm qazından zəhərləndi -

YENİLƏNİB

Metbuat.az

Dünən saat 17:40 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadaları tərəfindən 4 nəfər (2 kişi, 2 qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına təxliyə olunub. Daha sonra Uşaq Xəstəxanasına daha 2 nəfər (2 kişi cinsli) hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir", məlumatda qeyd olunub.

13:09

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib.

Məlumata görə, 2015-ci il təvəllüdlü C.C. , qardaşları - 2018-ci il təvəllüdlü M.C. , 2019-cu il təvəllüdlü H.C., bacıları - 2024-cü il təvəllüdlü G.C və 2021-ci il təvəllüdlü A.C. yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.