Hadisə

Şirvanda kütləvi zəhərlənmə oldu -

YENİLƏNİB

Metbuat.az

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunanların vəziyyəti orta ağırdır.

Metbuat.az xəbər verir ki, bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.

Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir.

09:56

Şirvanda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, şəhər ərazisində yerləşən restonda qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.