Hadisə

Sabirabadda ağır qəza -

Xəsarət alanlar var

Metbuat.az

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" və "Vita" markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 1998 təvəllüdlü İlkanə Qəhrəman qızı Qəhrəmanova, Mehdi Nurəddin oğlu Qəhrəmanov (2022) və şəxsiyyəti hələ dəqiqləşdirilməyən daha bir nəfər xəsarət alıb.

Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.