Hadisə
Qubada meyit tapıldı
Qubada kişi evində ölü halda tapılıb.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə İqriq kəndində qeydə alınıb.
Manafov Elxan Qurban oğlunun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Araşdırma aparılır.