Qadınlar xəyanəti niyə bağışlamır?
Xəyanət münasibətlərdə ən ağır emosional zərbələrdən biri hesab sayılır. Bu davranış bir çox qadın üçün təkcə sevginin deyil, həm də etibarın tamamilə itməsi deməkdir.
Metbuat.az xəbər verir ki, psixoloqlar bu məsələni araşdıranda məlum olub ki, qadınlar münasibətdə emosional bağlılığa daha çox önəm verdikləri üçün xəyanəti sadəcə fiziki deyil, həm də mənəvi zərbə kimi qəbul edirlər. Bu isə bağışlama prosesini daha da çətinləşdirir.
Psixoloqların fikrincə, qadınlar xəyanətdən sonra özlərini alçaldılmış və dəyərsiz hiss edirlər. “Etibar itdikdə beynin təhlükə siqnalı aktivləşir və qadın həmin münasibətdə artıq özünü təhlükəsiz hiss etmir. Bu səbəbdən bir çox hallarda bağışlama olsa belə, əvvəlki güvən və etibar bərpa olunmur”.
Digər bir səbəb isə sosial və psixoloji gözləntilərlə bağlıdır. Cəmiyyətin qadına yüklədiyi “sadiqlik və sabitlik” anlayışı xəyanəti daha ağrılı edir. Nəticədə qadınlar çox vaxt münasibəti davam etdirməkdənsə, öz emosional sabitliklərini qorumağı seçirlər.
Nazim Hüseynzadə / Metbuat.az