Hadisə
Bakıda yeniyetməni avtomobil vuraraq öldürdü
Bakıda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, Abaszadə Murad Müslüm oğlu idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsi ilə hərəkətdə olan zaman yolu keçən piyada - 2010-cu il təvəllüdlü Əliyev Emil Kamil oğlunu vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.