Hadisə

Bakıda qəzada ölən müəllimə imiş -

FOTO

Metbuat.az

Yasamal rayonu Kənar Dairəvi yolda baş verən qəzada həyatını itirən şəxsin kimliyi bəlli olub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində vəfat edən İlhamə Kamranova müəllimə olaraq çalışıb.

Belə ki, o, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərirmiş.

Qeyd edək ki, paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda ağır avtomobil qəzası baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.