Hadisə

Avtoxuliqanlıq edən sürücü həbs olundu

Metbuat.az

Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Göyçayda avtoxuliqanlıq edən sürücü Əli Dəmirov Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. O, idarə etdiyi "VAZ-21014" markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub, ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərə yol verib.

Sürücü barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Dəmirov 15 sutka inzibati qaydada həbs edilib.