Hadisə

39 yaşlı qadın dəm qazından boğulub öldü

Metbuat.az

İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Qızılkənd kənd sakini 1987-ci il təvəllüdlü Vüsalə Rəhman qızı Ağalarova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.