Hadisə
Zərdabda ağır qəza -
Ölən və xəsarət alan var
Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonunun Əlvəd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
İlkin məlumata görə, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Fakt araşdırılır.