Hadisə

Sumqayıtda tonqal partladı, 10 nəfər xəsarət aldı -

YENİLƏNİB

Metbuat.az

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində 8-i uşaq olmaqla, ümumilikdə 10 nəfər xəsarət alıb.

FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

22:27

Sumqayıtda tonqal partlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Sumqayıtın 9-cu mkr ərazisində isə tonqalın alovu ağaca keçdiyi üçün yanğınsöndürənlər çağırılıb.