Hadisə

Qanunsuz silah-sursat aşkarlandı

Metbuat.az

Həftəsonu polis əməkdaşları tərəfindən 4 avtomat aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 5 qumbara, 4 alışdırıcı, 14 tüfəng, 3 patron darağı və 91 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.