Hadisə

Cinayət törədən 27 nəfər saxlanıldı

Metbuat.az

Azərbaycanda martın 24-də cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün həmçinin narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.