Hadisə

Abşeronda ağır qəza -

Ölən var

Metbuat.az

Abşeronda motosiklet yük avtomobilinə çırpılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində, Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.

Motosiklet idarə edən 1994-cü il təvəllüdlü Hüseynov Ramin Nurəddin oğlu hərəkətdə olarkən yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.