Şou

​32 il sonra etiraf etdi:

"Onu sevirdim"

Metbuat.az

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç bu dəfə uzun illər sonra etdiyi etirafla gündəmə gəlib. Sənətçi ötən gün qatıldığı televiziya proqramında sevgi etirafı edib.

Metbuat.az xəbər verir ki, Serdar Ortaç 1994-cü ildə “Karabiberim” mahnısının klipində çəkilən İlknur Soydaşı sevdiyini dilə gətirib. Deyib ki, İlknura aşiq olanda ona məşhurluq qazandıran “Karabiberim” mahnısını hələ ifa etməmişdi.

Serdar Ortaç İlknur Soydaşın da iştirak etdiyi proqramda o vaxt fikrinin ciddi olduğunu bildirib: “Onu dəlicəsinə sevdiyimi dedim. Amma sevgimə qarşılıq vermədi. Dedi ki, dost olaraq qalaq. Sonra klip çəkildi. O da, mən də çox məşhur olduq. Amma bir arada ola bilmədik. O vaxtdan sonra heç görüşmədik”.