Hadisə

Qanunsuz balıq ovlayanlar saxlanıldı

Metbuat.az

Araz çayının İmişli rayonundan keçən hissəsində qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan M.Zeynalov saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən ov alətləri və qanunsuz olaraq ovladığı müxtəlif növlərə aid balıqlar aşkarlanıb.

Eyni istiqamətdə su polisləri tərəfindən keçirilən növbəti tədbir zamanı Kür çayının Neftçala rayonundan keçən hissəsində analoji əməllərə yol verən Ş. Şirinov və R. Əhmədov da saxlanılıblar.

Adı çəkilən şəxslərdən sintetik torlar, ov alətləri və qanunsuz ovlanmış balıqlar aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.