Hadisə

Qadın əməliyyat zamanı öldü -

Cinayət işi açıldı

Metbuat.az

Bakının Binəqədi rayonunda qadının əməliyyat olunduğu xəstəxanada ölməsi ilə bağlı araşdırma parılır.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib:

“Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital"da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir”.