Hadisə
Meşədən meyit tapıldı
Şabran rayonunda meşədən meyit tapılıb.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 12-si saat 20 radələrində Zeyvə kəndi yaxınlığındakı meşə zolağında qeydə alınıb.
Kənd sakini 1983-cü il təvəllüdlü Nəsimi Mahmudovun meyiti həmin ərazidə aşkar edilib.
Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi rayon prokurorluğunda araşdırılır.