Hadisə
Güllələnən müəllimənin vəziyyəti açıqlandı
“İdrak” liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib. Qeyd edilib ki, onun müalicəsi hazırda davam etdirilir:
“1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.
Xatırladaq ki, fevralın 6-da Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird həbs olunub