Hadisə

Göygöldə qadın dərmandan zəhərləndi

Metbuat.az

Göygöldə qadın dərmandan zəhərlənib.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, hadisə rayon sakini 1994-cü il təvəllüdlü Ü.Abbasəliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, qadının vəziyyətinin kafi olduğu bildirilir.

Qadının hansı səbəbdən dərmandan zəhərlənməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.