Hadisə
Cinayət törədən 46 nəfər saxlanıldı
Fevralın 9-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 163, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.