Hadisə
Başına dəmir parçası düşən kişi öldü
Xızı rayonunun Sitalçay qəsəbəsində başına dəmir parçası düşən kişi ölüb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, başına dəmir parçasının düşməsi nəticəsində ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.