Hadisə

4-cü sinif şagirdi vəfat etdi -

FOTO / YENİLƏNİB

Metbuat.az

Fevralın 12-də saat 6:38-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində 10 yaşlı azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

10:40

Bakıda məktəbli qəfil vəfat edib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

10 yaşlı Elcan Məmmədov yaşadığı evdə səhhətinin qəfil pisləşməsi səbəbindən dünyasını dəyişib.

211 saylı orta məktəbin 4-cü sinif şagirdi olan Elcanın son günlər qripə yoluxduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır