Hadisə
Tanınmış jurnalist vəfat etdi -
FOTO
Telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları paylaşım edib.
1963-cü ildə Şamaxıda anadan olan Nailə Əkbərova uzun illər Azərbaycan televiziya məkanında fəaliyyət göstərib, ATV və “Space” kanallarında çalışıb, son illər isə “TRT Avaz”da yayımlanan “Qafqazlara əsən yellər” verilişinin müəllifi və aparıcısı olub.
Qeyd edək ki, 62 yaşlı Nailə Əkbərova uzun müddətdir xəstəlikdən əziyyət çəkib.