Hadisə

Sumqayıtda ev yandı -

VİDEO

Metbuat.az

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Metbuat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikilmiş evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ikiotaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

    Evin qalan hissəsi və bitişik tikilmiş evlər yanğından mühafizə olunub.

    Xəsarət alan olmayıb.