Hadisə
Şəmkirdə qəza oldu -
Xəsarət alan var
Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi küçəsində baş verib. "Mercedec" və "Opel " markalı minik maşınları toqquşub. Daha sonra avtomobillərdən biri idarəetmədən çıxaraq yol kənarındakı dayanan piyada 1958-ci il təvəllüdlü N.Rzayevi vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.