Hadisə

Şahbuzda avtomobil piyadanı vurub öldürdü

Metbuat.az

Şahbuzda 40 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Əmrah Hafiz oğlu Gülmalıyevın idarə etdiyi "Niva" markalı avtomobil yolu keçən, 1986-cı il təvəllüdlü Samir Abış oğlu Əliyevi vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.