Hadisə

Sabunçuda evdən oğurluq edən şəxs saxlanıldı

Metbuat.az

Sabunçu rayonu ərazisində oğurluq hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, rayon ərazisində polisə müraciət edən şəxs oğurluq hadisəsi ilə üzləşdiyini bildirib. O, avtomobilini satmaq istədiyi şəxsi evinə dəvət etdiyini, danışıqlar zamanı otaqdan çıxdıqda onun mobil telefonunu, qızıl-zinət əşyalarını və sənədləri oğurladığını qeyd edib. Həmin şəxs sonradan zərərçəkənə zəng edərək taladıqlarını geri qaytaracığını bildirsə də, vədinə əmək etməyərək həmin əşyaları satıb.

Sabunçu RPİ 15-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 50 yaşlı E.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.