Hadisə

Qəbələdə qəza oldu -

Ölən var

Metbuat.az

Qəbələdə ağır yol qəzası baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetmədən çıxan "Nissan Navara" markalı avtomobil yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.