Hadisə

Paytaxtda evdən meyit tapıldı

Metbuat.az

Bakıda evdən meyit tapılıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi Ləhic bağlar sahəsində baş verib.

76 yaşlı Nataliya Pavlovna Ələkbərovanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Araşdırma aparılır.