Hadisə

İki tələbə faciəvi şəkildə öldü -

FOTO

Metbuat.az

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb.

Məlumata görə, vəfat edən Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.