Hadisə

Bakıda qadın öldürüldü -

Saxlanılan var

Metbuat.az

Yanvarın 24-də paytaxtın Sabunçu rayonunda qətl törədilib.

Metbuat.az xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb

Rayon ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə məlumat daxil olub.

İlkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.