Hadisə

​Bakıda küçədən meyit tapıldı

Metbuat.az

Bakıda küçədə 93 yaşlı kişinin meyiti tapılıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonunda baş verib.

    Rayonun İ.P.Dadaşov küçəsində Bakı şəhər sakini 1933-cü il təvəllüdlü Ağazəki Məmmədağa oğlunun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

    Faktla bağlı araşdırma aparılır.