Hadisə
Axtarışda olan Azərbaycan vətəndaşı saxlanıldı
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Türkiyədə yeri müəyyən olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb
Oğurluq maddəsi ilə başlanmış cinayət işi üzrə Qazax Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan Ozan Çingiz oğlu Budaqov İnterpol kanalları vasitəsilə saxlanılıb.
Məlumatda qeyd olunub ki, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür".