Hadisə

Avtomobil qaz xəttinə çırpıldı -

160 abonent qazsız qaldı

Metbuat.az

Şahbuzda minik avtomobili qaz xəttinə çırpılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sələsuz kəndində qeydə alınıb.

Belə ki, avtomobil d-100 mm-lik qaz xəttinə çırpılıb, nəticədə qaz xətti yararsız hala düşüb.

Təhlükəsizlik səbəbilə 160 abonentə təbii qazın verilişi dayandırılıb. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.