Hadisə

5 nəfər dəm qazından zəhərləndi -

Ölən var

Metbuat.az

Yevlax şəhərində beş nəfər dəm qazından zəhərlənib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov vəfat edib.

Digər dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.