Hadisə

21 yaşlı gənc dəm qazından boğulub öldü

Metbuat.az

Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü, Təzəkənd kənd sakini Məmmədov Ruhlan Etibar oğlu yataq otağında quraşdırılmış qazla işləyən "Ceyran" tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Şəmkir rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.