Hadisə
15 yaşlı qıza seksual hərəkətlər edən 5 nəfər saxlanıldı
Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.