Hadisə

Zaqatalada qadını maşın vurub öldürdü

Metbuat.az

Zaqatalada avtomobil 57 yaşlı qadını vuraraq öldürüb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində baş verib. Rayonun Aşağı Tala kənd sakini 1968-ci il təvəllüdlü Dilbər Osmanova minik avtomobili tərəfindən vurulub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.