Hadisə

Nəriman Həsənzadənin son durumu açıqlandı

Metbuat.az

Xalq şairi Nəriman Həsənzadənin stasionar müalicəsi davam edir.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, onun vəziyyəti ağır-stabil olaraq qalır.

    Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.