Hadisə

Masazırda meyit tapıldı

Metbuat.az

Abşeron rayonu Masazır qəsəbəsində meyit tapılıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrın 6-sı saat 13 radələrində Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Gülçin Aleksandr qızı Potapenkonun meyiti yaşadığı Masazır qəsəbəsindəki evdə aşkar edilib. Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Oxşar hadisə Salyan rayonunda da baş verib. Dekabrın 7-si saat 06 radələrində 2000-ci il təvəllüdlü Ramin Sadıqov yaşadığı Salyan şəhərində qəfil vəfat edib. Onun evdə beyninə qansızmasından öldüyü bildirilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.